SON XƏBƏRLƏR

Suriyada daha 105 nəfər öldürüldü

2021.10.20, 07:36
Suriyada daha 105 nəfər öldürüldü

Gunaz.tv

GünAz TV: Suriyanın hökumət qüvvələri Xoms şəhərinin bombardımanını gücləndirib. Artıq yeddinci gündür ki, hökumət silahlı müqaviməti dəf etməyə çalışır.

Məlumatlara görə bombardımanlar nəticəsində 105 nəfər öldürülüb. Üsyançıların sözlərinə görə şəhərdən fasiləsiz partlayış səsləri gəlir. Ordu birləşmələri şəhəri artileriya (topxana) atəşinə tutur, bundan başqa şəhərin ətrafına tanklar yerləşdirilir. 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bildirib ki,  Suriyada hökumət qüvvələri tərəfindən dinc əhaliyə qarşı yönəldilmiş zorakılıq dayandırılmalıdır. Suriyada vəziyyət yalnız zorakılıq deyil, iqtisadi hərc-mərc səbəbindən də çox gərgindir. Suriya prezidenti Bəşər Əsəd bir addım geri atmalıdır və problemin həlli yolunu tapmalıdır. Onun sözlərinə görə Avropa İttifaqı Suriyadakı böhranın həlli üçün Ərəb Dövlətləri Liqası (Birliyi)  ilə sıx əməkdaşlıq edir.

Bu arada Liviyanın (Libi) Xarici İşlər Nazirliyi suriyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Nazirlikdən edilən şərhdə Dəməşq  rəhbərliyinin öz xalqına qarşı şiddəti artırması səbəbiylə suriyalı diplomatların Liviyanı tərk etməsinin istəndiyi ifadə edilib.

ABŞ-da (Amerika Birləşmiş Ştatları) dərc olunan “Wall Street Journal” Türkiyənin Suriya rejiminə təzyiq etmək məqsədilə ən qısa müddətdə beynəlxalq qrup yaratmaq istədiyini yazıb. “Wall Street Journal” Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun "Ankara Suriyadakı hadisələrə müşahidəçi kimi baxmayacaq" sözlərinə yer verib. Qəzet yazır ki, Əhməd Davudoğlu bu qrupda yer alacaq dövlətlərin Suriyada problemin həlli üçün sürətli şəkildə Türkiyədə və ya başqa bir ölkədə toplanmasının vacibliyini vurğulayıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar