SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarının Kütləvi Etiraz çağırışına DƏSTƏK

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarının Kütləvi Etiraz çağırışına DƏSTƏK

Gunaz.tv

GünAz TV: Təbrizli işçilər Bəyanat yayaraq, “Traxtur” tərəfdarlarından Kütləvi Etiraz çağırışına DƏSTƏK veriblər.

 

Bəyanatda deyilir ki, “biz bir qrup Təbrizli işçi azərbaycanlı fəal, “Traxtur” tərəfdarlarının kütləvi etiraz çağırışlarına dəstək veririk. Biz bu vasitə ilə iqtisadi sıxıntılar, hədsiz bahalıq, iqtisadi və idman sahələrindəki ayri-seçkilik siyasətinə etiraz edəcəyik.”

 

Xatırladaq ki, bir neçə gün öncə “Traxtur” tərəfdarları 2012-ci il yanvarın 29-da (1390-cı il bəhmənin 9-da) “Traxtur”la Tehranın “İstiqlal” takımı (timi) arasında keçirilən futbol müsabiqəsi barədə Bəyanat yayıblar. Onlar, 16-cı Bəyanatda hakim Möhsün Torkinin tutduğu qəzərli mövqeyini sərt şəkildə məhkum edib və bununla bağlı kütləvi etiraza hazırlaşdıqlarını bildiriblər.

 

“Traxtur” tərəfdarları vurğulayıblar ki, “fars şövinizmi “Traxtur”un səsini boğmağ üçün var gücü ilə çalışır, ancaq biz buna imkan verməyəcəyik. Biz haqqımızı almaq üçün xiyabanlara toplanıb və öz etirazımızı kütləvi şəkildə bildirməliyik.”

Kütləvi Etiraz günü dünya Ana Dili gününə təyin edilib.

 

Görüş:

Yer: Təbriz- Rasta küçəsi ilə Ostandari arası

Zaman: Fevralın 21-i (isfəndin 2-i), saat 15:00

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar