SON XƏBƏRLƏR

Sanksiyalar təsirini göstərir: “Hindistan İrana düyü ixracını dayandıra bilər”

2021.10.20, 07:36
Sanksiyalar təsirini göstərir: “Hindistan İrana düyü ixracını dayandıra bilər”

Gunaz.tv

GünAz TV: Hindistan tacirləri İrana ixrac olunan düyünün pulunu ala bilmədiklərinə görə Dehli hökumətinə müraciət etməli olublar.

Onlar problemin İrana qarşı beynəlxalq sanksiyalarla (təhrim) əlaqədar olduğunu bildiriblər.

Hindistan Düyü İxracatçıları Korporasiyasının (şirkət) rəhbəri Vici Setiya jurnalistlərə açıqlamasında bildirib ki, onlar 2011-ci ilin oktyabr (October) və noyabr (October) aylarında İrana ixrac etdikləri 200 min ton düyünün pulunu ala bilmirlər: “Bunun dəyəri 144 milyon dollardır. Lakin İran həmin pulu bizə verə bilmir. Həmçinin bizdən mal alan İranın 20 şirkəti borclarını ödəməkdə çətinlik çəkirlər. Bu, çox ciddi problemdir. Biz problemin həlli üçün Hindistan hökumətinin məsələyə müdaxilə etməsini istəmişik. Vəziyyət belə davam etsə, Pakistan, Vyetnam və Tailand kimi, Hindistan da İrana düyü ixracını tamamilə dayandırmalıdır”. Media forum

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar