SON XƏBƏRLƏR

İran rəsmisi Amerikanı hədələdi

2021.10.20, 07:36
İran rəsmisi Amerikanı hədələdi

Gunaz.tv

GünAz TV: “İran Amerika qüvvələrinə dünyanın istənilən guşəsində cavab zərbəsi endirmək üçün yaxşı imkanlara malikdir”

Bu sözləri Fevralın 8-də Moskvada jurnalistlərə açıqlama verən İranın Rusiyadakı səfiri Mahmudrza Səccadi deyib.

Səccadi əlavə edib ki, “İran ABŞ (Amerika Birləşmiş Ştatları) üzərinə dünya boyu cavab zərbəsi endirmək üçün yaxşı imkanlara malikdir. Hazırda Amerika İraq və Əfqanısan bataqlığında ilişib-qalıb.”

Səfirin sözlərinə görə Amerikanın iqtisadi böhran keçirdiyi bir anda İrana həmlə Vaşinqton üçün intihar ola bilər.

“Amerikalılar İranın nə kimi bir ölkə olduğunu, onun potensialını yaxşı bilirlər” – deyib diplomat.

Amerika öz müttəfiqlərini İrana iqtisadi təzyiq tətbiq etməyə çağırır.

Avropa İttifaqı ötən ay İran neftinin idxalına embarqosunu (təhrim) elan edib.

Sonuncu sanksiyalar (təhrim) İranın nüvə silahı üzərində işlədiyini qeyd edən BMT (Birləşmiş Millətlər Təşkilatı) məruzəsindən sonra qəbul olunub.

Tehran nüvə proqramının sırf sülh təyinatlı olduğunda təkidlidir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar