SON XƏBƏRLƏR

İran getdikcə təklənir

2021.10.20, 07:36
İran getdikcə təklənir

Gunaz.tv

GünAz TV: Qərbin BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasında İrana qarşı daha sərt sanksiyalar (təhrim) tətbiq etməsinə əsas maneələrdən olan Çinlə Tehran arasındakı münasibətlər də aradan qalxır.

 

Milli.Az "Reuters"ə istinadən xəbər verir ki, Qərbin İrandan neft idxalına qadağa qoyulması haqda sanksiyasını dəstəkləməyən Çin indi özü bu sahədə problemlə qarşılaşıb. Son həftələrdə o, İrandan neft ixracını təxminən 50% azaldaraq tərəfdaşını çətin vəziyyətə salıb. İndiyədək Çinin neft ixracının 20%-i İranın payına düşürdü. Yanvardan etibarən isə İrandan gündəlik neft ixracı təxminən 285 min barel (boşka) azaldılıb.

 

Hazırda Pekin bu boşluğu Səudiyyə Ərəbistanı neftinin hesabına doldurur. Çin məhz Səudiyyə Ərəbistanı neftinin ona daha ucuz başa gəldiyini bildirir. İndi onun İrandan neft ixracının əvvəlki həcmini bərpa etməsi üçün Tehran qiymətdə endirim etməlidir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar