SON XƏBƏRLƏR

“Traxtur” öz rəqibi üzərində kəskin qələbə çaldı

2021.10.20, 07:36
“Traxtur” öz rəqibi üzərində kəskin qələbə çaldı

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur”la Abadanın “Neft” takımları (timləri) arasında keçirilən müsabiqə “Traxtur”un kəskin qələbəsi ilə sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 25-ci həftəsində keçirilən müsabiqənin birinci hissəsində “Traxtur” takmı tərəfindən 3 qol vuruldu.

 

Müsabiqənin ikinci hissəsində isə hər takım tərəfindən 1 qol vuruldu. Bununlada “Traxtur-Neft-i Abadan” müsabiqəsi (4 – 1) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşdı.

 

“Traxtur”un qollarını Ehsan Hacı Səfi (3 və 21-ci dəqiqələrdə) və Flavyo Lupz (32 cə 52-ci dəqiqələrdə) vurdular. Bununlada “Traxtur” 46 imtiyazlı oldu və tək 1 imtiyaz “İstiqlal”dan az olmaqla cədvəlin 3-cü yerində yer almış oldu.

 

Qeyd edək ki, bu gün Təbrizdə soyuq hava şəraiti hökm sürüb. Buna baxmayaraq, stadionda kifayət qədər tamaşaçı olub və olduqca həyəcanlı anlar yaşanıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar