SON XƏBƏRLƏR

Mahmud Ərdəhali həbs olundu

2021.10.20, 07:36
Mahmud Ərdəhali həbs olundu

Gunaz.tv

GünAz TV: Dünən Mahmud Ərdəhali Barani İranın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və həbs edilib.

 

Urmiyyə şəhərinin mərkəzi zindanında həsb edilən 71 yaşlı Ərdəhali, solçu azərbaycanlı fəallardan biridir. O, həm islam inqilabından öncə, həmdə inqilabdan sonra, İranda həbsxanaya düşüb.

 

Ərdəhali 1992-ci ildə Azərbaycan Cümhuriyyəti istiqlalını əldə etdikdən sonra yaşadığı Almaniya ölkəsindən Azərbaycan Cümhuriyyətinə köçüb və Bakıda yerli bir xanımla ailə həyatı qurub. Onun 2 övladı var.

 

O, Azərbaycan Cümhuriyyətində yaşadığı 20 il müddətdə davamlı olaraq bu ölkənin Miqrasiya (köç) idarəsinə müraciət edib və daimi oturum vəsiqəsi almaq istəsədə, təəssüflə buna nail olmayıb və nəhayət 2011-ci il iyulun 15-də (1390-cı il tirin 24-də) Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən tutulub və İrana təhvil verilib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar