SON XƏBƏRLƏR

Amerika Suriya müxafilətini silahlandıra bilər

2021.10.20, 07:36
Amerika Suriya müxafilətini silahlandıra bilər

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Suriya müxalifətinə hərbi yardım göstəriləcəyini istisna etmir.

Bunu ABŞ  Dövlət Departamentinin (xarici işlər nazirliyi) rəsmisi Viktoriya Nuland bəyan edib.

"Heç zaman heç bir variant (seçənək) gündəmdən çıxarılmır, - deyə diplomat bildirib. - Amma biz Suriyanın silahlandırılmasını problemin həlli yolu hesab etmirik. Hesab edirik ki, Suriyada milli demokratik koalisiya (birlik, etilaf) yaradılmalı, zorakılığa son qoyulmalı, tanklar küçələrdən yığışdırılmalıdır". Bu barədə Milli.Az "İnterfaks"a istinadən xəbər yayıb.

Xatırladaq ki, amerikalı senator Con Makkeyn bu günlərdə ABŞ rəhbərliyini Suriya müxalifətinə istənilən formada, həmçinin hərbi dəstəyin verilməsi məsələsinə baxmağa çağırıb.

Bu arada Homs şəhərində ötən gecə baş vermiş bombardman nəticəsində ən azı 47 nəfər həlak olub.

Müxalifət fəallarından olan Məhəmməd Həssən ölənlərin sayının daha çox ola biləcəyini bildirir. O, şəhərdə elektrik enerjisinin olmadığını, telefon rabitəsinin kəsildiyini söyləyib.

Xatırladaq ki, Homs şəhərinə artileriya (topxana) zərbələri təxminən 1 həftədir davam edir. Hüquq müdafiəçiləri bu günlərdə şəhərdə yüzlərlə nümayişçi və dinc sakinin həlak olduğunu bildirirlər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar