SON XƏBƏRLƏR

Sulduzda tarixi abidə sökülmək üzrədir

2021.10.20, 07:36
Sulduzda tarixi abidə sökülmək üzrədir

Gunaz.tv

GünAz TV:  İran rejimi Güney Azərbaycana qarşı vandalizm siyasətini davam etdirərək, ulu əcdadlarımızın tarixi izlərini silməkdən əl çəkmir.

 

Məlumata görə, Güney Azərbaycanda 6 min yaşı olan “Qalabaşı” abidəsi sökülmək üzrədir. Tarixi abidə Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədeh) şəhərində yerləşir.

 

Diqqətə layiq məqam ondan ibarətdir ki, 6 min yaşı olan abidə təbii proseslərə görə deyil, abidəni qorumalı olan Sulduz bələdiyyəsi tərəfindən məhv edilir.

 

Xatırladaq ki, vandal qurum Sulduz bələdiyyəsi bir müddət əvvəl də həmin tarixi abidəni sökməyə təşəbbüs göstərmişdir. Lakin yerli sakinlərin kütləvi etirazı ilə qarşılaşdığından bu addımından daşınmışdı. Ümid edirik ki, bu dəfə də soydaşlarımızın oyanıqlığı nəticəsində bu tarixi abidə qorunub və saxlanılacaq.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar