SON XƏBƏRLƏR

“Hizbullah” lideri İran ətrafında gedən gərginliyə toxunub

2021.10.20, 07:36
“Hizbullah” lideri İran ətrafında gedən gərginliyə toxunub

Gunaz.tv

GünAz TV: “Hizbullah” təşkilatının lideri Şeyx Həsən Nəsrullah İsrailin İranın nüvə təsisatına hücum etdiyi təqdirdə hansı mövqe nümayiş etdirəcəkləri açıqlayıb.

 

GünAz TV mətbuat mərkəzinin “Mərkəz”-ə istinadən yaydığı məlumata görə, İranın maliyyələşdirdiyi “Hizbullah” təşkilatının lideri Şeyx Həsən Nəsrullah video bağlantı ilə minlərlə dəstəkçisinə səslənib. Nəsrullah deyib: “İsrail İrana hücum etdiyi təqdirdə buna veriləcək cavab barədə qərara gələcəyik. Lakin İran bizdən İsrailə hücum etməyimizi istəməyəcək. İsrail İranın nüvə təsisatını bombalasa nə olacağı barədə fərziyyə var. İran rəhbərliyi Hizbullahdan nəsə etməyi istəməyəcək. Həmin gün oturacağıq, düşünəcəyik və nə edəcəyimizə qərar verəcəyik”.

 

 Hizbullah lideri həmçinin ABŞ-ın (Amerika Birləşmiş Ştatları) təşkilat barəsində narkotika (müxəddir maddələri) qaçaqçılığı və çirkli pulların yuyulması haqqında iddilarını da rədd edib: “Təşkilatımız haqqında bu iddialar yalan və uydurmadır. İran tərəfindən maliyyələşir və pulla bağlı korluq çəkmirik”.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar