SON XƏBƏRLƏR

İbrahim Rəşidinin (Savalan) azadlığa buraxılması üçün Veblaq fəaliyyətə başlayıb

2021.10.20, 07:36
İbrahim Rəşidinin (Savalan) azadlığa buraxılması üçün Veblaq fəaliyyətə başlayıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Mühəndis İbrahim Rəşidinin (Savalan) azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq işə başlayıb.

 

Türk, İngilis və fars dillərində yayımlanan Veblaq 2012-ci il fevralın 7-dən (1390-cı il bəhmənin 18-dən) işə başlayıb.

 

www.ibrahimsavalan.blogspot.com Veblaqında adını çəkdiyimiz azərbaycanlı fəal barədə xəbər və yazılar yayılacaq. Həmçinin Veblaqda Mühəndiş Rəşidiyə aid məqalə və şeir də dərc olunacaq.

 

Qeyd edək ki, mühəndis Rəşidi yanvarın 23-də (bəhmənin 3-də) Təbrizdə yaxalanıb və hazırda Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılır. O, özüdə daxil olmaqla milli-mədəni fəalların qanunsuz tutuqlanmasına etiraz edərək Aclıq Akiyasına başlayıb.

 

ETTELAAT məsulları ona ailəsi ilə telefon əlaqəsi saxlamağa belə icazə vermirlər. O üzdən, Rəşidinin ailəsi və Azərbaycan Milli Hərəkat fəalları onun durumundan nigarandırlar.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar