SON XƏBƏRLƏR

Mahmud Əhməd Nejad Məclisə çağırıldı

2021.10.20, 07:36
Mahmud Əhməd Nejad Məclisə çağırıldı

Gunaz.tv

  Mahmud Əhməd Nejad  Məclisə çağırıldı

Günaz TV : İran ölkə başçısı Mahmud Əhməd Nejad müxtəlif mövzulardakı suallara cavab verməsi üçün Məclisə çağırıldı.

İran Məclisindəki 290 millət vəkilindən 79-unun imzasıyla təqdim edilən təklifə görə, Əhməd  Nejad  Məclisə gələrək müxtəlif mövzulardakı suallara cavab  verməli olacaq.Respublika başçısı Əhməd  Nejadən nəqliyyat, iqtisadiyyat, sübvansiyonlar, nazirlərin təyin edilməsi və vəzifədən alınması, Məclisin vəzifə və səlahiyyətlərini sorğulayan ifadələr istifadə etməsi, hökumət xərcləri, ictimai, mədəni və dini mövzulardakı tətbiq və ifadələri də daxil digər mövzulardakı sualları cavablandırması və açıqlaması etməsi gözlənilir.Məclis və hökumət arasında uzun bir müddətdir mübahisə  mövzusu olan suallara cavab verilməsi üçün Əhməd  Nejadın göndərdiyi nümayəndələri dinləyən millət vəkilləri, çıxış və təkliflərdən razı olmayınca  şəxsən Əhməd  Nejadın gəlməsini tələb etmişlər.On maddədən ibaret  sualların Məclisdə bu gün oxunmasının ardından suallardan ibarət mətnin  Əhməd  Nejada   göndəriləcəyi ifadə edildi.Ölkə başçısı Əhməd  Nejad , qanun gərəyi bir ay içində şəxsən sualları  cavablandırması üçün Məclisə gəlməlidir. S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar