SON XƏBƏRLƏR

Suriyada qırğın davam edir

2021.10.20, 07:36
Suriyada qırğın davam edir

Gunaz.tv

GünAz TV: Əməliyyatlar davam edir; DİN (daxili işlər naziri) silahlı üsyançıları təslim olmağa çağırıb.

Suriya müxalifəti dünən ordunun ölkədə keçirdiyi əməliyyatlarda 128 nəfərin dünyasını dəyişdiyini, bunlardan 95-nin Xumsdakı əməliyyatlarda və toqquşmalarda öldüyünü bəyan edib.

 Müxalifət əməliyyatın gecə fasilələrlə davam etdiyini, bu gün sabaha qədər daha da gücləndiyini, ən şiddətli hücumların Xalidiyyə, Əl İnşaat, Bayyada və Bab Amro səmtlərində olduğunu bildirib.

 Açıqlamada həmçinin Suriya ordusunun Dəməşqin Zabadani bölgəsində geniş miqyaslı əməliyyata hazırlaşdığı qeyd edilib.

 Suriyanın Daxili İşlər Nazirliyi isə silahlı qrupların adam öldürmə və pozuculuq fəaliyyətlərinin davam etdiyini, bu şəxslərin törətdikləri cinayətləri ordunun üstünə atmaq üçün hərbi uniforma geyindiklərini bəyan edib. Açıqlamada bu şəxslərin təslim olmaq üçün şanslarının olduğu bildirilib. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar