SON XƏBƏRLƏR

Vaşinqton İrana qarşı yeni sanksiyalar açıqlayıb

2021.10.20, 07:36
Vaşinqton İrana qarşı yeni sanksiyalar açıqlayıb

Gunaz.tv

GünAz TV: Bu dəfəki sanksiyalar (təhrim) İranın bütün banklarının əmlakının dondurulmasını nəzərdə tutur.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Prezident Barak Obamanın imzaladığı yeni qərar İran Mərkəzi Bankı da daxil olmaqla bütün İran banklarının və rəsmi qurumlarının Amerika banklarındakı əmlakının dondurulmasını əhatə edir.

 

Bu qərara görə, Amerika banklarının ölkə xaricindəki şöbələri də İrana məxsus əmlakı dondura biləcək.

 

Ağ Ev bəzi İran banklarının aldadıcı yollarla əvvəlki sanksiyaları pozması səbəbilə yeni qərarın qəbul edildiyini açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar