SON XƏBƏRLƏR

Millət vəkilləri “Traxtur-İstiqlal” müsabiqəsinin qərəzli hakiminə etiraz ediblər

2021.10.20, 07:36
Millət vəkilləri “Traxtur-İstiqlal” müsabiqəsinin qərəzli hakiminə etiraz ediblər

Gunaz.tv

GünAz TV: Şərqi və Qərbi Azərbaycan Əyalətlərinin (ostan) millət vəkilləri, “Traxtur-İstiqlal” müsabiqəsindəki ədalətsiz hakimliyə öz etirazlarını bildiriblər.

 

2012-ci il yanvarın 29-u (1390-cı il bəhmənin 9-u) Təbrizin səhənd stadionunda (stadyom) “Traxtur”la Tehranın “İstiqlal” takımları (tim) arasında keçirilən müsabiqədə hakim tərəfindən açıq-aşkar ədalətsizlik qeydə alınıb.

 

GünAz TV mətbuat mərkəzinin “Tabnak”-a istinadən yaydığı məlumata görə, millət vəkilləri İdman və Gənclər Nazirliyinə etiraz məktubu yazıblar. Məktubda “Traxtur-İstiqlal” müsabiqəsindəki hakimlik tərzinə ciddi şəkildə etiraz bildirilib və bu məsələyə baxılması istənilib.

 

Millət vəkilləri “Traxtur” tərəfdarlarına da işarə ediblər. Onlar, “Traxtur” tərəfdarlarını ictimai sərmayə adlandırıblar.

 

Məktubda tələb olunub ki, “Ən qısa zamanda federasiya məsulları, hakimlər komitəsi, “Traxtur” klubu, “Traxtur” takımı məsulları, bədən tərbiyyəsi məsulları və nazirin özünün iştirakı ilə bu məsələyə baxılmalı, xətakarlar tənbeh edilməli, takıma vurulan xəsarət ödənilməli və Azərbaycan xalqından üzr istənilməlidir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar