SON XƏBƏRLƏR

Əsədin əsgərləri yenə hücum etdi: 50 ölü

2021.10.20, 07:36
Əsədin əsgərləri yenə hücum etdi: 50 ölü

Gunaz.tv

 

Əsədin əsgərləri yenə hücum etdi: 50 ölü

Günaz TV : Suriyadan yenə ölüm xəbəri gəlir. Bugün Humus bombalandı, 50 nəfərin daha öldüyü bildirilir.Keçən günlərdə yüzlərlə adamın öldürüldüyü Humus qırğınının əks-sədaları bitmədən Suriya ordusu yenə hücum etdi. Beşşar Əsedin əsgərləri səhər saatlarında Humusu top atəşinə tutdu.

Müxaliflər çoxu vətəndaş- 50 nəfərin can verdiyini və 150 nəfərin də yaralandığını açıqladılar.Bombardmandan saatlar sonra bu dəfə şəhərdəki neft boru xəttində partlama meydana gəldi. Humusun Bab Amro səmtindəki neftayırma zavoduna neft daşıyan boru xətti son bir həftə içində ikinci dəfə hücuma uğradı.

Birləşmiş Millətlər Təhlükəsizlik Şurası isə Çin və Rusiya maneyələrini aşa bilmədiyindən Əsed əleyhində bir qərara imza təyin etmir. İranın Çinə Suriya qərarını veto üçün "pulsuz neft rüşvəti" təklif etdiyi iddiaları gündəmə gəlir.

Rusiya və Çin isə Ərəb Birliyi planını əsas alan və Qərbli ölkələrin dəstəklədiyi qanunun ikinci bir Liviya senariyasana dəvətnamə çıxardığı fikirindədir.

Sabah Şama getməyə hazırlanan Rus Xarici işlər Naziri Sergey Lavrov, Əsedin demokratik islahatlar üçün hərəkətə keçdiyini ancaq , silahlanan müxaliflərin Qərbin dəstəyi ilə rejim dəyişikliyi hesabı etdiyini müdafiə etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar