SON XƏBƏRLƏR

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin Azərbaycana səfəri başlayıb

2021.10.20, 07:36
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin Azərbaycana səfəri başlayıb

Gunaz.tv

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəlin Azərbaycana səfəri planlaşdırılır. Səfər fevralın 7-dən 9-dək davam edəcək. Səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycanın hərbi qurumlarında, həmçinin dövlət və hökumət rəsmiləri ilə görüşləri planlaşdırılıb. Görüşlərdə Azərbaycan və Türkiyə arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti qiymətləndiriləcək, əlaqələrin perspektivləri müzakirə olunacaq. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin 28-ci Baş Qərargah rəisi, ordu generalı Nejdət Özəl bu vəzifədə Azərbaycana ilk səfəridir.

 

Nota.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar