SON XƏBƏRLƏR

İranda BBC üçün xəbər və məlumat göndərən bəzi şəxslər həbs olundu

2021.10.20, 07:36
İranda BBC üçün xəbər və məlumat göndərən bəzi şəxslər həbs olundu

Gunaz.tv

İranda BBC üçün xəbər və məlumat göndərən bəzi şəxslər həbs olundu

Günaz TV: İranda İngilis yayın qurumu BBC üçün xəbər və məlumat göndərən bəzi şəxslərin BBC ilə əməkdaşlıq etdikləri səbəbiylə həbs olunduqları bildirildi.

Mehr Xəbər Agentliyi, bir təhlükəsizlik səlahiyyətlisinə əsaslanaraq yazdığı xəbərdə, "BBCin Farsca xidməti üçün xəbər və məlumat göndərməklə yanaşı müxtəlif fəaliyyətlərdə olan bəzi şəxslərin həbs olunduqlarını" açıqladı, ancaq bu şəxslərin sayı ilə əlaqədar detaylı açıqlama vermədi.

Həbs olunanların, "mətbuat sahəsində təhsil almaları və işə alınmaları üçün xaricə adam apardıqlarının da bəlli olunduğu" açıqlandı.

Bu şəxslər haqqında hazırlanacaq iddianamənin mühakimə orqanlarına göndəriləcəyi və ölkə təhlükəsizliyi əleyhinə fəaliyyətdə olduqları günahından mühakimə olunmalarının istəniləcəyi ifadə edildi.

İranda mətbuat qanununa göra, səlahiyyətli orqanların izni olmadan BBC kimi xarici mətbuat qurumlarına çalışanlar haqqında qanuni cəzalar verilə bilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar