SON XƏBƏRLƏR

Həmas, Abbası Baş Nazir Olaraq Seçdi

2021.10.20, 07:36
Həmas, Abbası Baş Nazir Olaraq Seçdi

Gunaz.tv

Həmas, Abbası Baş nazir olaraq seçdi

GünazTV: Həmas təsdiqlədi ve keçici Fələstin birlik hökumətində Mahmud Abbas baş nazirlik vəzifəsini boynuna aldı .

Həmas, Fələstin Dövlət Başçısı Mahmud Abbasın Qərb Şəriyə və Qəzzə Şeridində ümumi seçkilər üçün hazırlıq edəcək keçici Fələstin birlik hökumətində baş nazirlik vəzifəsini icra etməsinə bağlı Qatarın təklifini təsdiqlədi.

Açıqlanan bilgilərə görə dünən Abbas, Qatar Əmri və Həmas lideri Xalid Meşal arasında bir görüşme oldu, və razılaşaraq Abbas, Fələstin Dövlət Başçısının keçici hökumətin liderliyini etməsi qerarı alındı .

Abbasın köməkçilərindən Azzam Əl Əhməd, dialoqu "müsbət" sözləriylə qiymətləndirdi və liderlərin, bu gün yenidən bir araya gələcəklərini ifadə etdi.

Adlarının açıqlanmasını istəməyən iki səlahiyyətli, Abbasın görüşmədə baş nazirlik vəzifəsini icra etməsi fikirini düşünəcəyini söylədiyini bildirdilər.

Abbas, Qatar Əmri və Meşal arasında dünən 3 saat davam edən görüşmədə, keçici hökumətin digər adlarının isə müzakirə edilmədiyi ifadə edildi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar