SON XƏBƏRLƏR

MÜHƏNDİS İBRAHİM RƏŞİDİNİN(SAVALAN) AİLƏSİ VƏ MİLLİ FƏALLAR ONUN DURUMUNDAN NİGARANDIRLAR

2021.10.20, 07:36
MÜHƏNDİS İBRAHİM RƏŞİDİNİN(SAVALAN) AİLƏSİ VƏ MİLLİ FƏALLAR ONUN DURUMUNDAN NİGARANDIRLAR

Gunaz.tv

MÜHƏNDİS İBRAHİM RƏŞİDİNİN(SAVALAN) AİLƏSİ VƏ MİLLİ FƏALLAR ONUN DURUMUNDAN NİGARANDIRLAR

Günaz TV: 23 Yanvarda Təbrizdə tutuqlanan Mühəndis İbrahım Rəşididən (Savalan) heç bir xəbər yoxdur. İttilaat məmurları İbrahım bəyə evlərinə zəng etməyə də izn verməmişlər

Azərbaycan şəhərlərində tutuqlama dalğası başlamışdır və bütün bunlarla yanaşı onlardan heç bir xəbərin olmaması nigaranlığı iki qat artırmışdır. İbrahım bəy Savalanın ailəsinin məhkəmə və İttilaat idarəsinə müraciətinin heç bir nəticəsi olmamışdır. Məsullar bu milli mübarizin durumu haqqında heç bir bilgi vermirlər

Mühəndis İbrahım Rəşidi( Savalan), jurnalist, insan haqları aktivisti, Türk dili və sosyoloji öyrətmənidir. Bu yorulmaz mübariz, dəfələrlə İttilaat məmurları tərəfindən tutuqlanmış, işkəncə olunmuş və zindana atılmışdır. İbrahım bəy, Şəhriyar adına ədəbiyyat dərnəyinin qurucularından və keçmiş katibi olmuş, Azərtorpaq qeyri- hökümətin təşkilatının qurucularından, eləcə də Pro. Zehtabinin əzizləmə qurultayı, Səttarxan qurultayı və İranda yaşayan millətlərin dili qurultayının da katibi olmuş. İbrahım bəy, həm də Ulduz dərgisinin məsulu, Bulud dərginin imtiyaz yiyəsi, Oyanış və Baxış dərgilərinin isə redaksiya heyətində olmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar