SON XƏBƏRLƏR

İsrailın xarici işlər naziri qondarma erməni soyqrımının tanınmasına qarşı çıxıb

2021.10.20, 07:36
İsrailın xarici işlər naziri qondarma erməni soyqrımının tanınmasına qarşı çıxıb

Gunaz.tv

GünAz TV: İsrailin xarici işlər naziri Aviqdor Liberman ilk dəfə olaraq ictimai şəkildə qondarma erməni soyqrımına qarşı çıxış edib.

Bu vaxta qədər məsələ ilə bağlı ancaq XİN (xarici işlər nazirliyi) rəhbərinin müavini Dani Ayolan da daxil olmaqla partiya məsləkdaşları çıxış edirdilər. “İsrail yarandığı gündən Holokost termininin (vajə) digər müharibə və faciəyə tətbiq olunmasına qarşı çıxır. Hesab edirik ki, yəhudi xalqının İkinci Dünya müharibəsi dövründə yaşadıqları heç kimin faciəsi ilə müqayisə oluna bilməz. Afrika, Asiya, Balkan bölgəsində- digər münaqişələri və vəhşi qətlləri terminologiya üsulu ilə növbəti Holokost kimi təqdim etmək qəbul oluna bilməz. Biz tarixin bütün kədərli səhifələri, bütün faktların (gərçək) olduğu kimi təqdim olunmasına tərəfdarıq. Fransadan başqa heç bir ölkə qanuni olaraq erməni soyqırımını qəbul etməyib. Biz bu prosesə (sürəc) müdaxilə etməyə hazırlaşmırıq. Bu gün tarixi hadisələr siyasi mübahisəyə çevrilib. Buna görə də hesab edirəm ki, İsrail bu problemə qarışmamalıdır”,- deyə A. Liberman açıqlama verib. Radio antenn

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar