SON XƏBƏRLƏR

Rəfsəncani Xamneyiyə etiraz məktubu yazıb

2021.10.20, 07:36
Rəfsəncani Xamneyiyə etiraz məktubu yazıb

Gunaz.tv

GünAz TV: İran Məsləhət Şurasının sədri, ölkənin sabiq prezidenti, Əliəkbər Haşimi Rəfsəncani İranın ali dini lideri, Seyid Əli Xamneyiyə məktub yazıb.

Məktubda İran islam inqilabının lideri Ruhullah Xomeyninin Fransadan İrana qayıdışının Tehranda qəribə bir mərasimlə səhnələşdirilməsinə etiraz bildirilib.

 Ə. Rəfsəncani məktubunda Xomeyninin siluetinin (silhouette, nimrox) hazırlanmasını kəskin şəkildə tənqid edərək dövlət rəsmilərini belə lazımsız işlərdən əl çəkməyə çağırıb.

Qeyd edək ki, Xomeyni 1979-cu il fevralın (February) 1-də 14 illik mühacirət həyatından sonra “Air France”ın təyyarəsi ilə Parisdən Tehrana qayıdıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar