SON XƏBƏRLƏR

Suriyada ordu nümayişçiləri bombalayır; Onlarla ölü var

2021.10.20, 07:36
Suriyada ordu nümayişçiləri bombalayır; Onlarla ölü var

Gunaz.tv

GünAz TV: Suriya hökumət qüvvələri son bir neçə gündə nümayişlərin fasilə vermədiyi Homs şəhərini növbəti dəfə artilleriya (topxana) atəşinə tutublar.

Milli.Az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, nəticədə ən azı 15 nəfər ölüb. Müxalifət dairələri həlak olanların sayının daha artıq olduğunu bildirir.

"Bu, son günlərin ən dəhşətli bombardmanıdır", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən həftənin sonunda Homsda nümayişçilərə endirilmiş artilleriya zərbəsi təxminən 250 nəfərin həyatına son qoymuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar