SON XƏBƏRLƏR

Ankara Suriya məsələsində Tehranı tənqid edib

2021.10.20, 07:36
Ankara Suriya məsələsində Tehranı tənqid edib

Gunaz.tv

GünAz TV: “Maraqlıdır, görəsən, niyə İran və regionun digər ölkələri Suriyadakı zorakılıq qarşısında susurlar?”

Suriyada baş verən zorakılıq qarşısında susan region (bölgə) ölkələri öz adlarından "İslam" sözünü çıxarmalıdırlar. Bunu Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç bəyan edib. Trend-in məlumatına görə, xəbəri “Zaman” qəzeti yazıb.

“Maraqlıdır, görəsən, niyə İran və regionun digər ölkələri Suriyadakı zorakılıq qarşısında susurlar?” - o deyib.

Bülənt Arınçın sözlərinə görə, Türkiyə həmişə suriyalıların tələblərini dəstəkləyəcək və bu ölkədəki qanlı hadisələrin qarşısının alınması üçün əlindən gələn hər şeyi edəcək.

Rusiya və Çin veto hüququndan istifadə edərək BMT TŞ-nin (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası) Suriya üzrə qətnaməsinin qəbuluna mane olublar. Bu artıq BMT TŞ-nin daimi üzvləri kimi RF və Çinin Suriya üzrə qətnaməsinin qəbuluna yol verməmələri ilə bağlı ikinci haldır.

Suriya 9 aydır ki, getdikcə zorakılıq xarakteri (mahiyyət) alan hökumət əleyhinə aksiyalar (yürüşlər) şəraitində yaşayır. Gündəlik olaraq həm dinc əhali, həm də güc qurumları arasında ölüm halları haqqında məlumatlar daxil olur. BMT-nin məlumatına görə, həlak olanların sayı 5 min nəfəri ötüb. Suriya hakimiyyəti isə hər iki tərəfdən 2 mindən artıq insanın, o cümlədən 1,1 min nəfərdən çox güc qurumları əməkdaşlarının həlak olduğunu bəyan edir. Onlar bunun təqsirini xaricdən dəstək alan silahlılarda görürlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar