SON XƏBƏRLƏR

Urmuya göz tikənlərə layiqli Cavab: “Təbriz, Bakı, Ankara – Bizlər hara fars hara!”- VİDEO

2021.10.20, 07:36
Urmuya göz tikənlərə layiqli Cavab: “Təbriz, Bakı, Ankara – Bizlər hara fars hara!”- VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmu şəhəri öz tarixi, əsilliyi və canfəşanlığı ilə yenədə parlamaqdadır.

 

İran üzrə voleybol klublarının superliqa rəqabərlərinin çərçivəsində keçirilən müsabiqədə təhlükəsizlik qüvvələrinin bütün hazırlıqlarına baxmayaraq, Urmulu soydaşlarımız Urmuya layiq şüarlar səsləndirdilər.

 

Amolun Kale takımı ilə keçirilən müsabiqədə, Soydaşlarımız bu şüarlarla Urmuya göz tikən terrorçular və fars şovinizminə ciddi mesaj ünvanlayıblar.

 

“Əlqədir” stadionunda (stayom) bulunan 7000 nəfərdən çox soydaşımız aşağıdakı şüarları səsləndiriblər:

 

-         Təbriz, Bakı, Ankara – Biz hara farslar hara?!

-         Ya ya ya Şa şa şa Azərbaycan çox Yaşa

-         Yaşasın Azərbaycan

-         Yaşasın Urmiyyə

-         Urmiyyəni el istər – Şərəfli millət istər

-         Azərbaycan var olsun – İstəməyən kor olsun

-         Urmiyyə, Urmiyyə sən qəhrəmansan – Azərbaycanıma sən iftixarsan

-         Və ...

 

Bu barədə aşağıdakı VİDEOnu izləyə bilərsiniz:

 

http://www.youtube.com/watch?v=x1eMvlGKCAw

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar