SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarından Kütləvi Yığıncağa ÇAĞIRIŞ

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarından Kütləvi Yığıncağa ÇAĞIRIŞ

Gunaz.tv

GünAz TV: “Traxtur” tərəfdarları 2012-ci il yanvarın 29-da (1390-cı il bəhmənin 9-da) “Traxtur”la Tehranın “İstiqlal” takımı (timi) arasında keçirilən futbol müsabiqəsi barədə Bəyanat yayıblar.

 

“Traxtur” tərəfdarlarının 16-cı Bəyanatında hakimin tutduğu qəzərli mövqe sərt şəkildə məhkum edilib.

 

Qeyd edilib ki, “Traxtur-İstiqlal müsabiqəsində hakimlin ayri-ceçkilik və ədaləqsiz qərarı Azərbaycan üçün ciddi mesajdir. Artıq Azərbaycan gənclərini Pantürkizm və bölücülükdə ittiham edən bütün bədbin insanlar görməlidirlər ki, fars şovinizmi hətta bir ədalətli müsabiqəyə belə dözə bilmir.

 

Möhsün Torkinin (“Traxtur-İstiqlal” müsabiqəsinin hakimi) hakimliyini ancaq ikinci dünya müharibəsi ərəfəsindəki Almaniya olimpiyası ilə müqayisə etmək mümkündür. Hansı ki, hakimlər qondarma ari (ariyayi) irqinin yenilməzliyini göstərmək üçün Almaniya takımlarına yardim etməyə çalışırdılar.”

 

Bəyanatda ayrıca baş məşqçisi Əmir Qələnoinin ciddi şəxsiyyəti və dönməzliyindən bəhs edilib.

 

Sonda vurğulanıb ki, “fars şövinizmi “Traxtur”un səsini boğmağ üçün var gücü ilə çalışır, ancaq biz buna imkan verməyəcəyik. Biz haqqımızı almaq üçün xiyabanlara toplanıb və öz etirazımızı kütləvi şəkildə bildirməliyik.”

 

Kütləvi Etiraz günü dünya Ana Dili gününə təyin edilib.

 

Görüş:

Yer: Təbriz- Rasta küçəsi ilə Ostandari arası

Zaman: Fevralın 21-i (isfəndin 2-i), saat 15:00

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar