SON XƏBƏRLƏR

İran İnqilab Gözətçilərindən (Bəsici) Manevra

2021.10.20, 07:36
İran İnqilab Gözətçilərindən (Bəsici) Manevra

Gunaz.tv

İran İnqilab Gözətçilərindən (Bəsici) Manevra

Günaz TV: İran İnqilab Gözətçiləri ölkənin cənubunda manevraya başladıqları bildirildi.

Fars Xəbər Agentliyi, İnqilab Gözətçilərin yer qüvvələri bu gün səhər ölkənin cənubunda böyük bir manevra başlatdıqlarını açıqladı.

Ölkənin şərqində, ötən ay keçirilən manevralar ardı olaraq keçirilən manevrada, yeni mühimmat və silahların ilk dəfə istifadə ediləcəyi ifadə edildi.

Manevranın məqsədi, ordunun hazırlıq gücünü artırmaq və təhdidlərə qarşı olduğu söylənildi.

Manevra, düşmənə aid məlumatları toplama və hər növ mühitdə əməliyyat edə bilmə kimi qabiliyyətləri sınamaq üçün keçirilir.

İnqilab Gözətçilərin Dəniz Qüvvələrinin də bu ay içində Basra Körfəzi və ətrafında manevra keçirmələri gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar