SON XƏBƏRLƏR

Suriyada qan su yerinə axır

2021.10.20, 07:36
Suriyada qan su yerinə axır

Gunaz.tv

GünAz TV: Suriya ordusunun Xoms şəhərində törətdiyi kütləvi qırğın nəticəsində ən azı 217 nəfər ölüb, 600 nəfər yaralanıb.

 

Dünən Suriyanın Xama şəhərində hökumət əleyhinə üsyanın yatırılmasının 30 ili tamam olub. Üsyanın yatırılması nəticəsində on minlərlə dinc sakin öldürülüb. Bu tarixi hadisənin ildönümü ilə əlaqədar Suriyanın müxtəlif şəhərlərində aksiyalar (yürüş) keçirilib. Aksiyalar hökumət qoşunları ilə nümayişçilər arasında toqquşmalarla sona çatıb. Bu barədə “Mərkəz” Rusiya mətbuatına istinadən xəbər yayıb.

 

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı aksiyalar 11 aydır davam edir. Bu müddət ərzində 6 mindən artıq dinc sakin və silahlı üsyançı, mindən artıq təhlükəsizlik xidməti əməkdaşı öldürülüb. Lakin Bəşər Əsəd rejimi bu rəqəmin qismən olduğunu deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar