SON XƏBƏRLƏR

İsrail İranı açıq şəkildə müharibə ilə hədələdi

2021.10.20, 07:36
İsrail İranı açıq şəkildə müharibə ilə hədələdi

Gunaz.tv

GünAz TV: İsrailin müdafiə naziri Ehud Barak İranı açıq müharibə ilə hədələyib.

 

GünAz TV mətbuat mərkəzinin “Radio antenn”-ə istinadən yaydığı məlumata görə, O, İrana tətbiq olunan sanksiyaların (təhrim) işləməyəcəyi təqdirdə ölkəsinin islam cümhuriyyətinə zərbələr endirəcəyini bildirib.

 

"Sanksiyalar İranın nüvə proqramından imtinasına səbəb olmazsa, hərbi müdaxilə variantının (seçənək) nəzərdən keçirilməsi qaçılmaz olacaq. Əgər sanksiyaların işləmədiyini bilsək, İsrail elə bu an İrana zərbələr endirməyə hazırdır", - deyə Barak bildirib.

O, bu məsələdə əksər ölkələr arasında yekdil fikrin olduğunu söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar