SON XƏBƏRLƏR

İrana qarşı Sanksiyalar öz təsirini göstərir: “Ölkəyə taxıl idxalı həyata keçirilə bilmir”

2021.10.20, 07:36
İrana qarşı Sanksiyalar öz təsirini göstərir: “Ölkəyə taxıl idxalı həyata keçirilə bilmir”

Gunaz.tv

GünAz TV: İranda sanksiyalar (təhrim) artıq ciddi şəkildə hiss olunmağa başlayıb. ABŞ (Amerika Birləşmiş Ştatları) isə İrana qarşı yeni sanksiyalara ehtiyatlı yanaşır.

 

 Qərb banklarının kreditlərini (credit) çəkməsi səbəbilə heyvandarlıq sektoru (bəxş, sahə) baxımından həyati əhəmiyyət daşıyan taxıl idxalı həyata keçirilə bilmir. İrana taxıl aparan və 3 həftədir bu ölkənin sahillərində gözləyən 10 yük gəmisindən 5-i beynəlxalq bankların kreditlərini geri çəkməsi səbəbilə mallarını İran limanlarına boşaltmayıb və Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Qətərə tərəf istiqamət götürüblər. İran qida məhsullarının 15 faizini idxal edir,amma heyvan yeminin xam maddəsi olan qarğıdalını tamamilə xaricdən alır.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) isə İrana qarşı yeni sanksiyaların (təhrim) müttəfiqlərə və neft bazarına ziyan vurmadan tətbiq edilməsinin vacibliyini vurğulayıb.

 

Ağ Ev sözçüsü bildirib ki, sanksiyalar doğru şəkildə tətbiq edilərsə, İran üzərində təzyiq yaratmaq və bu ölkəni daha da yalnızlığa itələmək mümkün olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar