SON XƏBƏRLƏR

Bakıda son 110 ilin ən soyuq günləri yaşanır

2021.10.20, 07:36
Bakıda son 110 ilin ən soyuq günləri yaşanır

Gunaz.tv

GünAz TV: Fevralın (February) 2-də Bakıda son 110 ildə ən aşağı temperatur (istilik) qeydə alınıb.

Bu barədə «APA»ya Milli Hidrometeoroloji (həvaşünasi) Proqnozlar (öngörü) Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

 Fevralın 1-i axşamdan başlayan şimal-qərb küləyi fevralın 2-də gün ərzində davam edib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir saniyədə 28-33 metrə çatıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında – 5.5 dərəcə şaxta təşkil edib. Bu, son 110 ildə ən rekord göstəricidir.

 Havanın minimal temperaturu Aran rayonlarında (məntəqə) 0-3, Naxçıvan Muxtar Respublikasında (Cümhuriyyət) 6-11, dağlıq rayonlarda isə 9-12 dərəcə şaxta təşkil edib.

 Ən maksimal qar örtüyü Şəki rayonunun Sarıbaş ərazisində (68 sm) qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar