Təbrizdə elektrik çatışmazlığı- İstehsalat müəssisələri iflic olur
Makron: Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişib
Bəqai: ABŞ ilə danışıqlarda İranın aktivlərinin sərbəst buraxılması ilə bağlı irəliləyiş əldə olunub
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Zəncanda daha 14 nəfərin əmlakı müsadirə edilib
Bloomberg: Çin neft tələbatındakı itkilər İran müharibəsindən sonra da davam edə bilər
Qətərin əsas qaz mərkəzində partlayış baş verib, 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb
Şahbaz Şərif: İran və ABŞ mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə çalışırlar
Zelenski: Ukrayna "Patriot" raketlərini istehsal etməyə hazırdır
Bir neçə məsələ üzrə razılıq əldə olunub- Əraqçı
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
İran mediası: İsveçrədəki danışıqlar dayandırılıb
ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
İsveçrədə İran–ABŞ danışıqlarının ilk mərhələsi başa çatdı
Pakistan: İranın nüvə ehtiyatları hələ də yeraltı obyektlərdə saxlanılır
Pezeşkian: Dövlətə məxsus 20 milyon barel neft SEPAH-a verilib
Krımda benzin satışı tamamilə dayandırıldı
Pezeşkian: Amerikanın yeganə tələbi atom bombasına sahib olmamağımızdır
Pezeşkian: İnsanların küçələrə çıxıb etiraz etməsindən narahatam
Xameneinin SEPAH-dakı nümayəndəsi: İsrailin məhv edilməsi hədəfindən vaz keçməyəcəyik
Şərqi Azərbaycanın payına düşən kreditlər ədalətsiz bölüşdürülür
Qəzvində tibb işçiləri etiraz aksiyası keçirdi
Təbriz zindanında güneyli fəalın həyatı risk altındadır
Şərqi Azərbaycanda ana dilində təhsil hüququnu inkar edən məmur təltif edildi
İran və ABŞ ilk olaraq Hizbullahı müzakirə edəcək
İsrail naziri: ABŞ istəsə də, Livandan çıxmayacağıq
KİV: ABŞ bəzi dondurulmuş aktivləri İrana qaytara bilər
Pakistan Xarici İşlər Nazirliyindən İsveçrədəki danışıqlarla bağlı bəyanat
Hörmüzdə rüsum qərarı Vaşinqtonun əlindədir
SEPAH Hörmüz boğazının bağlandığını elan etdi
Guardian: Hörmüz boğazının mərkəzi hissəsi hələ də 80 dəniz minası ilə bağlıdır
Qalibaf və Əraqçi İsveçrəyə yollandılar
İranda tələbələrindən etiraz məktubu; Minlərlə imza universitet rəhbərliyinə qarşı
Maariv: Həsən Nəsrullah penthausda yaşayırmış
Zelenski: Kiyev Belarus hökumətinə ölkənin müharibəyə sürüklənməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib
CENTCOM: Sutka ərzində Hörmüz vasitəsilə 17 milyon bareldən çox neft daşınıb
Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
Tehranda 30 idarənin elektrik enerjisi kəsildi
Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub
İlamda etiraz aksiyalarına görə 17 nəfər həbs edildi
İranda Dollar yenidən yüksəlişə keçdi
Qərbi Azərbaycan əyalətində 480 nəfər həbs edilib
Pezeşkianın müavini: İranın 25 mlrd. dollarlıq aktivləri tam şəkildə azad ediləcək
GünAz TV: Rusiya və Çin bu dəfə də BMT ((Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qərarına əngəl oldu.
Ötən gün paytaxt Dəməşqdə hökumət qüvvələri ilə ordudan yayınaraq müxaliflərin tərəfinə keçmiş hərbçilər arasında şiddətli döyüşlər gedib. Səqbə rayonunda (çəntəqə, bölgə) baş verən toqquşmalarda azı 7 nəfərin öldüyü bildirilir. Yerli Koordinasiya (həmahəngi) Komitəsindən verilən məlumata görə, paytaxtın müxtəlif istiqamətlərində yaşanan döyüşlər zamanı ümumilikdə 28 nəfər öldürülüb.
Həvəskar çəkilən görüntülərdə şəhərdə tankların və digər hərbi texnikanın hərəkəti öz əksini tapıb. Hökumət qüvvələri üsyançılara qarşı Zəməlkə və Ərbin rayonlarında da ciddi əməliyyatlara başlayıb. Bundan əlavə, Rənkus rayonunda da partlayış səsləri eşidilib. Baba Əmr şəhərində isə neft kəmərinin partladıldığı bildirilir.
Bu arada, BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı keçirilən görüşlər və aparılan müzakirələr yenə də nəticəsiz başa çatıb. Bu dəfə də Təhlükəsizlik Şurasında veto hüququ olan Rusiya və Çin Ərəb Ölkələri Liqasının (Birliyi) hazırladığı və başda ABŞ (Amerika Birləşmiş Ştatları) olmaqla, Qərb dövlətlərinin dəstəklədiyi “Yol xəritəsi”nə qarşı çıxıb.
Rusiya və Çinin qarşı çıxdığı layihə Suriyada demokratik və plüralist siyasi sistemin qurulmasına gətirib çıxaracaq siyasi keçid müddətinin müəyyənləşdirilməsi, Bəşər Əsədin bu keçid dövründə bütün səlahiyyətlərini müavininə təhvil verməsi nəzərdə tutulub.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən ABŞ dövlət katibi Hillari Klinton Bəşər Əsəd rejimini dəstəkləyənlərə sərt mesaj ünvanlayıb: “Ya bizimlə birlikdə Suriya xalqının yanındasınız, ya da zorakılıqların davam etdirilməsilə törədilən cinayətlərin ortağı olacaqsınız”.
ABŞ dövlət katibinin bu mesajı Əsəd rejiminə qarşı sərt addımların əleyhinə çıxan Rusiya və Çinə ünvanladığı şübhə doğurmur. Klinton həmçinin yaxın günlərdə Əsəd rejiminə mesaj verəcək bir qərar layihəsinin qəbulu üçün səylərin artırılacağını da əlavə edib.
ABŞ yetkilisi çıxışında Suriyadakı milli azlıqlara da səslənib: “Hamımızın bir seçim şansı var. Yaxın Şərqdə baş verənlər təhlükəlidir. Dağılan iqtisadiyyat, artan etnik-dini qarşıdurmalar və qeyri-sabitlik regionu (bölgə) böhrana sürükləyir. Əsəd rejiminin törətdiyi əməllər, xüsusilə, Suriyadakı azlıqların vəziyyətilə bağlı narahatlıqlar artıb. Əsəd və onun ətrafı Suriyada etnik və dini qrupları bir-birinə qırdırmaq üçün çox çalışır, vətəndaş müharibəsi təhlükəsini qızışdırır. Əsədin bütün bunlardan istifadə edərək, ölkəni böhrana sürükləməsinə icazə verməyin”.
Ərəb Ölkələri Liqasının layihəsinin dəstəklənməsinin vacibliyini vurğulayan Hillari Klinton Suriyaya hərbi müdaxilə variantının (seçənək) gündəmdə olmadığını söyləyib. Dövlət katibi xatırladıb ki, Ərəb Ölkələri Liqası aramsız diplomatik cəhdlər göstərib, Suriyaya müşahidəçilər göndərib və Bəşər Əsədə zorakılıqları dayandırmaq üçün dəfələrlə şans verib. Amma Liqanın hesabatından da göründüyü kimi, Suriya rəhbərliyi verdiyi vədlərə əməl etməyib və zorakılıqları artırıb.
“ABŞ olaraq, Ərəb Ölkələri Liqasının Suriya hökumətindən tələb etdiklərinə BMT Təhlükəsizlik Şurası tərəfindən dəstək verilməsində israr edirik. Əsəd rejimi zorakılığa son qoymalı, həbs etdiyi hər kəsi sərbəst buraxmalı, əsgərlərini şəhərlərdən çəkməli, humanitar (insani) yardım işçilərinə, müşahidəçilərə və jurnalistlərə ölkəyə giriş haqqı verməlidir. Ərəb Ölkələri Liqasının təklif etdiyi, Suriyadakı qurumların və ölkə birliyinin qorunacağı siyasi keçid planı dəstəklənməlidir. Suriyada dəyişiklik zamanı gəlib. Əsəd rejiminin terror dövrü sona çatacaq”, - deyə Hillari Klinton bildirib.
Veto hüququ olan Rusiya və Çin iclasdan sonra da mövqeyini dəyişməyərək, Suriyada rejim dəyişikliyini nəzərdə tutan planların qarşısında dayanacaqlarını bəyan ediblər. Ingiltərənin xarici işlər naziri Vilyam Hoque və onun fransalı həmkarı Alan Jüpe Ərəb Ölkələri Liqasını dəstəklədiklərini və Suriyada hakimiyyət dəyişikliyini nəzərdə tutan “Yol xəritəsi”nin lehinə olduqlarını bildirib. Azadlıq qəzeti
Sərt xətt tərəfdarları rejimyönlü küçə toplantıları ilə bağlı hökumət hesabatını tənqid edib
Qətərin əsas qaz mərkəzində partlayış baş verib, 54 nəfər yaralanıb, 18 nəfər itkin düşüb
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
ABŞ-ın keçmiş İran nümayəndəsi: İran razılaşmasının ən təhlükəli nöqtəsi Livandır
İranda silahlı hücum - Polis zabiti öldürülüb
Paris Tehran müxaliflərinin mitinqinə icazə vermədi
İsrail və Hizbullah arasında atəşkəs?
Avropa Birliyi İranı insan haqlarını pozduğuna görə tənqid etdi
Fransa razılaşmanın şərtlərindən məmnun qalmadığı halda Irana qarşı BMT sanksiyalarının ləğvinə razılıq verməyəcəyini bildirib
Qoşaçay Qeydiyyatı İdarəsi 7 aydın "Elman" adına doğum şəhadətnaməsi vermir
Memorandum imzalandı, mollalar yenidən qonşuları hədələdi
Tramp İranla müharibə qərarını müdafiə edib
"Reuters": İsveçrədə planlaşdırılan ABŞ-İran danışıqları ləğv olunub
Vens də İsveçrəyə səfərini təxirə saldı
Kirman əyalətində polis şiddəti nəticəsində 7 bəluc qadın yaralanıb
İran ilə ABŞ arasında danışıqlar cümə günü davam edəcək
Almaniya mümkün Hörmüz əməliyyatı üçün Qırmızı dənizə gəmilər göndərir
Mollalar Azərbaycan Respublikası ilə sərhədlərin açılmamasından narahatdırlar
Xorasan qəzeti İran nümayəndə heyətinə ABŞ rəsmiləri ilə şəkil çəkdirməməyi tövsiyə edib
Pezeşkian və Tramp anlaşma memorandumunu imzalayıb
“Urmiyə Aşıq Məktəbi Musiqisi Ensiklopediyası” kitabının təqdimatı keçirilib
İran məhkəmə sisteminin rəhbəri edamlarla bağlı işlərə sürətlə baxılmasını istəyib
Təbrizdə Əsli və Kərəm tarixi kompleksi bərpa ediləcək
ABŞ İran yığmasının media nümayəndələrinə viza vermədi
Qərbi Azərbaycan əyalətində çörək bahalaşdı
The Jerusalem Post: İran rejimi niyə yox edilməlidir?!
6 şəhərdə daha 8 məhbus edam edildi
Mollalar Azərbaycan Respublikası ilə sərhədlərin açılmamasından narahatdırlar
Ərdəbildə şadlıq sarayı bağlandı - Müdiri həbs edildi
İsrail İrana geniş zərbə planını ləğv edib — Times of Israel
Güney Azərbaycanlı vəkil Məcíd Pejumanın cəsədi aşkar edilib
Qəzvinli təqaüdçülər etiraz aksiyası keçirdilər
İranda silahlı qruplaşma üzvləri həbs edilib
İranda mina partladı- Ölən var
İsrail Hizbullah mövqelərinə zərbələr endirib
İran ilə ABŞ arasında danışıqlar cümə günü davam edəcək
Almaniya mümkün Hörmüz əməliyyatı üçün Qırmızı dənizə gəmilər göndərir
Kirman əyalətində polis şiddəti nəticəsində 7 bəluc qadın yaralanıb