SON XƏBƏRLƏR

8 nəfər azərbaycanlı fəal həbsə məhkum edilib

2021.10.20, 07:36
8 nəfər azərbaycanlı fəal həbsə məhkum edilib

Gunaz.tv

GünAz TV: Təbrizin inqilab məhkəməsi 8 nəfər Azərbaycanlı milli-mədəni fəal barəsində həbs qərarı çıxarıb.

 

Azərbaycanlı fəalların hər biri 1 il həbs cəzasına məhkum edilib. Ancaq çıxarılan qərarın 8 ayı təliqə (asılı, təxir) salınıb.

 

Əkbər Mühaciri, Məhəmmədrza Bəxşi Xace, Rəhim Əli Rzayi, Şəhram Dadaşı, Məsud Bayramı, Əmir Babayi, Vəli Bərqdar,  Əsgər Aqayi Əlvəndi və bəraət qazanmılş daha 2 nəfərlə birlikdə 2012-ci il yanvarın 7-də (1390-cı il deyin 17-də) mühakimə olunublar.

 

Adını çəkdiyimiz azərbaycanlı fəallar, birləşərək ölkə təhlükəsizliyini pozmağa hazırlaşmaq ittihamı ilə suçlanıblar.

 

Qeyd edək ki, milli-mədəni fəallar Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan fəalların azadlığı üçün Bildiriş yayarkən, Bəsicilər (hökümət tərəfdarları- yarımsilahlı dəstələr) tərəfindən yaxalanmışdılar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar