SON XƏBƏRLƏR

Azərbaycanlı fəalı yaxalamağa gələn ETTELAAT məmurları evdə axtarış aparıblar

2021.10.20, 07:36
Azərbaycanlı fəalı yaxalamağa gələn ETTELAAT məmurları evdə axtarış aparıblar

Gunaz.tv

GünAz TV: Bu gün Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məmurları azərbaycanlı fəal Məhəmməd Rəşidini (Oktay) yaxalamaq istəyiblər.

 

Məmurlar azərbaycanlı fəalı yaxalamaq üçün hökm göstəriblər. lakin, Rəşidi evdə olmadığı üçün məmurlar onu yaxalamağa nail olmayıblar.

 

Azərbaycanlı fəalın Təbrizin Abbasi məhəlləsində yerləşən ata evinə müraciət edən məmurlar, ailə üzvlərinə qarşı kobud hərəkətlərə yol veriblər.

 

Evdə axtarış aparan ETTELAAT məmurları azərbaycanlı fəala aid kompüter, kitab, əlyazmalar və bir sıra şəxsi əşyaları özləri ilə aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar