SON XƏBƏRLƏR

Səid Nəimi 2 il həbsə məhkum edildi, Səid Muğanlı isə ittihamdan Bəraət qazandı

2021.10.20, 07:36
Səid Nəimi 2 il həbsə məhkum edildi, Səid Muğanlı isə ittihamdan Bəraət qazandı

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəallar Səid Nəimi və Səid Muğanlı (Beytullah Məhəmmədi) barəsində məhkəmə qərarı çıxarılıb.

 

Qərara əsasən Səid Nəimi 2 il azadlıqdan məhrum edilib. Daha öncə Təbrizin inqilab məhkəməsində mühakimə olunan Nəimi, Azərbaycan Respublikasının (Cümhuriyyəti) Kəşfiyyat Sisteminin xeyirinə casusluq ittihamına görə 1 il və İslam Cümhuriyyəti sisteminin əleyhinə təbliğ ittihamına görə daha 1 il azadlıqdan məhrum edilib. Bununlada Nəimi 2 il həbsə məhkum edilib.

 

Səid Muğanlı (Beytullah Məhəmmədi) qeyri-məşru yolla mal-dövlət əldə etmək ittihamından bəraət qazanıb.

Qeyd edək ki, Səid Muğanlı Təbrizin ümumi məhkəməsinin 105-ci şöbəsində mühakimə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar