SON XƏBƏRLƏR

Urmu Gölü ilə bağlı mahnı səsləndirən soydaşlarımızın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Urmu Gölü ilə bağlı mahnı səsləndirən soydaşlarımızın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Təbrizin inqilab məhkəməsində 4 nəfər soydaşımız toy mərasimində Urmu Gölünün quruması haqda səsləndirdikləri mahnıya görə mühakimə olunublar.

 

Güney Azərbaycanın tanınmış bəstəkarı Həsən Dəmirçi, onu Azərbaycan dilində mahnılar səsləndirmək üçün toyuna dəvət edən bəy - Əlirza Hüseynzadə və adları hələlik bilinməyən operator (filmbərdar) və şadlıq sarayının yiyəsi dünən fevralın 1-də (1390-cı il bəhmənin 12-də)  mühakimə olunublar. Hələlik Məhkəmənin nə qərar çıxardığı haqda məlumat yoxdur.

 

Soydaşlarımız sözü gedən mahnıya görə İran İslam Cümhuriyyətinə qarşı təbliğat aparmaqda suçlanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar