SON XƏBƏRLƏR

Təbrizdə “Azərbaycan” Müəllimlər Universitetinin (tərbiyyət-i müəllim) adı dəyişdirilib

2021.10.20, 07:36
Təbrizdə “Azərbaycan” Müəllimlər Universitetinin (tərbiyyət-i müəllim) adı dəyişdirilib

Gunaz.tv

GünAz TV: Təbrizdə Seyid Cəfər Pişəvəri tərəfindən təsis edilmiş “Azərbaycan” Müəllimlər Universitetinin (tərbittət-i müəllim) adı dəyişdirilib.

Bundan sonra bu təhsil müəssisəsi Şəhid Mədəni Universiteti adlandırılacaq.

 Azərbaycan Müəllimlər Universitetinin İdarə Heyəti bu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, bu il 1979-cu il İslam inqilabının ildönümü münasibətilə ali təhsil müəssisəsinin adı dəyişdirilir və universitetin rəhbərliyi, müəllim və tələbə heyəti bundan fəxr hissi keçirirlər.

 Qeyd edək ki, Azərbaycan Müəllimlər Universiteti Təbrizdə fəaliyyət göstərən əsas ali təhsil müəssisələrindən biridir. 1945-1946-cı illərdə qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvərinin sərəncamı ilə təsis edilən universitet 1945-ci ildən fəaliyyət göstərir. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar