SON XƏBƏRLƏR

Suriya müxalifəti ölkənin yarısını ələ keçirdiyini deyir

2021.10.20, 07:36
Suriya müxalifəti ölkənin yarısını ələ keçirdiyini deyir

Gunaz.tv

GünAz TV: Azad Suriya Ordusu ölkəni yaxın vaxtlarda Bəşər Əsədin əlindən xilas edəcəklərini bəyan ediblər.

 Bəşər Əsədin ordusundan ayrılaraq, yeni bir ordu quran Azad Suriya Ordusu ilə hökumət qüvvələri arasında toqquşmalar şiddətli şəkildə davam edir. GünAz TV mətbuat mərkəzinin “Tia.az”a istinadən yaydığı məlumata görə,  xəbər verir ki, ordunun komandanı (fərmandeh) Riyad əl-Əssad bəyan edib ki, artıq Suriyanın yarısı onların əlindədir.

 Əl-Əssad daha sonra bildirib ki, digər yarısının da Bəşər Əsəddən yaxın vaxtlarda xilas edəcəklər. «Əsədin ordusu ağır itkilər verərək, geri çəkilmək məcburiyyətində qalıblar. Onları sonadək təqib edəcəyik».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar