SON XƏBƏRLƏR

Avropa donur: “Şərqi Avropa ölkələrində soyuqdan 80 adam həlak olub”

2021.10.20, 07:36
Avropa donur: “Şərqi Avropa ölkələrində soyuqdan 80 adam həlak olub”

Gunaz.tv

GünAz TV: Şərqi Avropa ölkələrində şənbə günündən bəri soyuq hava şəraiti səbəbi ilə 80 adam həlak olub.

 

Bəzi bölgələrdə temperaturun (istilik) -30 dərəcədən də aşağı düşəcəyi proqnozlaşdırılır (öngürülür). Ukraynada əsasən evsizlər olmaqla 43 adam, Polşada (Ləhistan) 20  adam dünyasını dəyişib.

 

Rumıniyada ölənlərin sayı 14-ə yüksəlib. Serbiya, Bosniya-Hertsoqovina, Çex respublikası (cümhuriyyəti) və Slovakiyada da soyuq hava  insan tələfatına yol açıb. Yüzlərlə adamın soyuqdan aldığı xəsarətlərlə xəstəxanaya düşdüyü bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar