SON XƏBƏRLƏR

Bu qərardan sonra Fransa həmsədrlik üçün mənəvi haqqını itirib

2021.10.20, 07:36
Bu qərardan sonra Fransa həmsədrlik üçün mənəvi haqqını itirib

Gunaz.tv

GünAz TV: Milli Məclisin sədri Oqtay Əsədov dünən işinə başlayan yaz sessiyasının (cələsə) ilk iclasında belə bir bəyanatla çıxış edib.

Milli Məclisin  2012-ci il yaz sessiyası işinə dövlət himninin səslənməsi ilə başlayıb. Gündəlik təsdiq olunduqdan sonra Milli Məclisin sədri Oqtay Əsədov 2011-ci il payız sessiyasının yekunları (sonu) və bu ilin  yaz sessiyasında müzakirəsi nəzərdə tutulan məsələlərlə bağlı məlumat verib. Bu sessiyada parlamentdə bir neçə qanun layihəsi müzakirə olunacaq, hökumətin, Ombudsmanın (hüquqi bazrəs) hesabatları dinləniləcək.

Oqtay Əsədov Fransa senatında qondarma erməni soyqırımını inkar edənlərə cəza nəzərdə tutan qanun layihəsinin təsdiq olunması məsələsinə də münasibət bildirib."Fransa uydurma erməni soyqırımı ilə bağlı qanun qəbul etməklə həmsədrlik üçün mənəvi haqqını itirib, lakin hüquqi haqqını itirməyib. Biz müəyyənləşdirməliyik ki, Fransanın uzaqlaşdırılmasının hüquqi forması necədir. Bu, bizim istəyimizdən asılı məsələ deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar