SON XƏBƏRLƏR

Şimali Koreya İrana nüvə texnologiyası gönədirir

2021.10.20, 07:36
Şimali Koreya İrana nüvə texnologiyası gönədirir

Gunaz.tv

GünAz TV: Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) da İran hakimiyyəti kimi dünyanın «şər bucaqlarından» biri kimi tanınır.

Bunun səbələrindən biri də  ölkədəki hakimiyyətin atom-ünvə proqramı ilə bağlıdır. Beynəlxalq ictimaiyyət rəsmi Pxenyana dəfələrlə bu yöndə fəaliyyətini dayndarmağı təklif etsə də uğurlu sonuc alınmayıb.

Teleqraf.az «RİA-Novosti»-yə istinadən xəbər verir ki, ABŞ (Amerika Birləşmiş Ştatları) Milli Kəşfiyyat İdarəsinin başçısı Ceyms Klepper Şimali Koreyanın raket istehsal etmək üçün İran və Suriyaya nüvə texnologiyası və müəyyən materiallar (maddələri) göndərməsindən şübhələndiklərini söyləyib.

«Hazırda KXDR ballistik raketləri və ona uyğun materialların bir sıra ölkələrə, o cümlədən İran və Suriyaya ixracını dayandırıb. Ancaq biz Şimali Koreyanın yenidən bu yöndə fəaliyyətini davam etdirəcəyini istisna etmirik. Bu ölkənin raket proqramı və nüvə silahı Şərqi Asiya üçün ciddi hədədir» - deyə, baş kəşfiyyatçı deyib. 

Şimali Koreyanın yeni rəhbəri Kim Çen Inın fəaliyyətindən danışan Klepper qeyd edib ki, hələ onun tutacağı siyasi kurs barədə danışmaq tezdir: «Ölkə məmurları və rəhbərləri öz maraqlarını qorumaq naminə yeni liderin ətrafında sıx birləşiblər».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar