SON XƏBƏRLƏR

"Sərhədsiz reportyorlar” qondarma erməni soyqırımı ilə bağlı qanuna qarşı çıxıb

2021.10.20, 07:36
"Sərhədsiz reportyorlar” qondarma erməni soyqırımı ilə bağlı qanuna qarşı çıxıb

Gunaz.tv

GünAz TV: “Sərhədiz reportyorlar” beynəlxalq hüquq müdafiəsi təşkilatı Fransa senatında qəbul edilən qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinə qarşı çıxıb.

Təşkilatın baş katibi Jan-Fransua Jilyar qanun layihəsini yenidən Konsitutsiya (Anayasa) Şurasına tədqim etməyə çağırıb.

Təşkilatın rəsmi saytında yerləşdirilən müraciətində Jilyar bildirib ki, yeni qanun geniş debatlara (münazirə) səbəb olub: "Lakin onun Konsitutsiya məhkəməsi tərəfindən qəbul edilməsində şübhələr var. Qanun layihəsinin əleyhdarlar və lehinə onlar arasında müzakirəsi çox qaynar olub. Əleyhdarlar və hətta bu layihənin tərəfdarı olanlar da Konsitutsiya Şurasının mövqeyinin olduqca mühüm olduğunu anlamalıdırlar".

Daha sonra təşkilatın baş katibi qeyd edib ki, bu qanun söz azadlığının konsitutsiya prinsiplərinin (əsl, ilkə) pozulması yolu ilə qəbul edilməməlidir.

Xatırladaq ki, yanvarın (January) 23-də Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkara görə məsuliyyət nəzərdə tutan qanun layihəsini qəbul edib. Fransanın Türkiyə ilə münasibətlərinə ciddi zərbə vuracaq qanunun lehinə 127, əleyhinə 86 senator səs verib.

Ötən gün isə Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun ləğvi məqsədilə başlanan imzatoplama kampaniyasında toplanan imzaların sayı açıqlanıb. Konstitusiya Şurasına 72 senatordan imza toplanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar