SON XƏBƏRLƏR

Amerika hərbi dəniz qüvvələri İranın balıqçı gəmisini xilas edib

2021.10.20, 07:36
Amerika hərbi dəniz qüvvələri İranın balıqçı gəmisini xilas edib

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) hərbi dəniz qüvvələrinin gəmisi körfəzdə İranın balıqçı gəmisini xilas edib.

ABŞ hərbi dəniz donanmasının (navqan) bildirdiyinə görə USS Abraham Linkoln təyyarə daşıyan gəmi çərşənbə axşamı doqquz İran dənizçisini daşıyan balıqçı gəmisindən fəlakət siqnalı alıb. Amerikalı mühəndislər balıqçı gəmisinin mühərrikinin sıradan çıxan kəmərini təmir edib və gəmi yoluna davam edib. Abraham Linkoln gəmisinin komandiri (fərmandeh), admiral (dəryasalar) Mayk Şumeyker onun komandasında bütün hallarda yardım göstərə biləcək mühəndislər və həkimlərin olduğunu deyib.

Bu, bir ay ərinzdə ABŞ-ın xilas etdiyi üçüncü İran gəmisidir. İki həftə bundan əvvəl ABŞ-ın hərbi gəmisi altı İran dənizçisini, yanvarın (January) əvvəli isə ABŞ-ın hərbi dəniz qüvvələrinin gəmisi Ərəbistan dənizində quldurlar tərəfindən saxlanan 13 İran balıqçısını xilas etmişdi. voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar