SON XƏBƏRLƏR

Kanada İrana sanksiya tətbiq edib

2021.10.20, 07:36
Kanada İrana sanksiya tətbiq edib

Gunaz.tv

GünAz TV: Kanada İrana sanksiyalar (təhrim) məsələsində yeni qərarlarını açıqlayıb. Türkiyə isə İrandan neft idxalını dayandırmayacağını bildirib.

Kanadanın Xarici işlər naziri Con Berd yazılı açıqlamasında İran məsələsində narahatlıqlarının artdığını, İrana aid 5 şirkət və 3 şəxsə sanksiyalar (təhrim) tətbiq etdiklərini və onların bütün əmlaklarının dondurulduğunu bildirib. Bundan başqa o, Kanadanın Dəməşqdəki səfirliyinin heyətini azaltdığını da açıqlayıb.

Bu arada Beynəlxalq atom enerjisi təşkilatının nümayəndələrinin İrana səfərləri başa çatıb. İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, 3 gün davam edən görüşlərdə tərəflər müzakirələrin davam etdirilməsi məsələsində razılığa gəliblər.

Türkiyə isə rəsmi şəkildə bəyan edib ki, İrandan neft idxalını dayandırmayacaq. Türkiyənin Təbii Sərvətlər və Enerji naziri Taner Yıldız bildirib ki, ABŞ (Amerika Birləşmiş Ştaları) və Avropa İttifaqının qərarları onları maraqlandırmır və Ankara bununla bağlı mövqeyini dəyişməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar