SON XƏBƏRLƏR

Millət vəkilləri Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsini qaldırıblar

2021.10.20, 07:36
Millət vəkilləri Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsini qaldırıblar

Gunaz.tv

GünAz TV: Millət vəkilləri Parlamentin çərşənbə günü keçirilən iclasında Azərbaycan Respublikasının (Cümhuriyyəti) adının dəyişdirilməsini təklif ediblər.

Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov deyib ki, son zamanlar ictimaiyyət arasında Azərbaycanın Şimali Azərbaycan adlandırılması barədə təkliflər irəli sürülür.

“Dünya praktikasında (əməli) Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr (Qıbrıs) kimi dövlət nümunələri var. Azərbaycanın da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan adlandırılması daha məqsədəuyğun olardı”, – o bildirib.

Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev isə qeyd edib ki, Azərbaycanın üçdə ikisi Cənubi Azərbaycana, üçdə biri isə Azərbaycan Respublikasına aiddir.

“Ona görə də ölkəmizin adının dəyişdirilib Şimali Azərbaycan qoyulmasına tam əsas var”, – Həsənquliyev əlavə edib.

O qeyd edib ki, Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan xalqının iradəsindən kənar qəbul olunduğu üçün ləğv olunmasına nail olunmalıdır.

Millət vəkili Fəzail Ağamalı çıxışında bildirib ki, Azərbaycan tarixinə onun bütövlüyü həkk olunsa da, hüquqi sənədlərdə bu, öz əksini tapmır. O deyib ki, növbəti referendum keçirilərsə, Azərbaycan Konstitusiyasının (Anayasasının) 11-ci maddəsinə Azərbaycanın Şimali, Cənubi və Qərbi Azərbaycandan ibarət olması əlavə olunmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar