SON XƏBƏRLƏR

Türkiyə turizm üzrə rekord qırır

2021.10.20, 07:36
Türkiyə turizm üzrə rekord qırır

Gunaz.tv

GünAz TV: Türkiyə turizm sektorunda (bəxş, sahə) ildən-ilə yüksək nəticələr əldə olunur. 2011-ci ildə Türkiyəyə gələn turist sayı 2010-cu illə müqayisədə 9,86% artaraq 31.456.076 nəfər olub.

Bu barədə “Yeni müsavat” Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma Müşavirliyinə istinadən xəbər yayıb.

“Dünya iqtisadiyyatının böhran yaşadığı bir dövrdə Türkiyə turizm sektoru ölkə büdcəsinə 23 milyard dollardan artıq qazanc gətirib. Türkiyəyə turist göndərən ölkələrin sıralamasında ilk onluq aşağıdakı kimidir.

Almaniya 4 826 315, Rusiya Federasiyası 3 468 214, İngiltərə 2582 054, İran  1 879 304, Bolqarıstan 1 491 561, Hollandiya 1222 823, Gürcüstan 1 152 661, Fransa 1 140 459, Suriya 974 054, Amerika Birləşmiş Ştatlari 757 143.

Azərbaycan ilk onluğa daxil olmasa da, 2010 və 2011-ci illəri müqayisə etdikdə 18,98% (+92.304 nəfər) artım olduğu görünməkdədir, bu da Türkiyəyə gələn ümumi turist sayının 1,84%-i deməkdir" deyə xəbərdə bildirlir.

Qeyd edək ki, 2011-ci ilin yanvar-dekabr (January- December) aylarında Türkiyəyə gələn turistlərin sərhəd keçid məntəqələri üzrə sayı Antalya 10464 425 (33,27%), İstanbul 8 056 390 (25,61%), Muğla 3 076 508 (9,78%), Ədirnə 2 703 085 (8,59%), İzmir 1 370 018 (4,36%) şəklində olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar