SON XƏBƏRLƏR

İran işğalçı ölkədə "Allahın adı ilə" sərgisi açacaq

2021.10.20, 07:36
İran işğalçı ölkədə "Allahın adı ilə" sərgisi açacaq

Gunaz.tv

GünAz TV: Ötən gün İslam Əməkdaşlıq  Təşkilatına üzv dövlətlər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını (gərçəyini) bir daha təsdiqləyərək, məsələyə dair qəbul olunmuş qətanməyə 20 ilə öncə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqda da bənd əlavə ediblər.

Həmin qətnaməyə İran İslam Respublikası (Cümhuriyyəti) da imza ataraq səs verib. Ancaq İslam Respublikası təmsilçisinin sənədə atdığı «imzanın mürəkkəbi qurumamış» Tehran hakimiyyətinin Ermənistanda sərgi açacağı haqda xəbər yayılıb.

Teleqraf.az «Armenpress»ə istinadən xəbər verir ki, Ermənistanın Milli Rəsm Qalereyasında İranda baş vermiş islam inqilabının 33-cü ildönümünə həsr olunmuş «Allahın adı ilə» adı altında sərgi açılacaq.

Sərgi İslam Respublikasının Yerevandakı səfirliyi yanında İslam -İrşad və mədəniyyət mərkəzi tərəfindən təşkil edilir. Fevralın (February) 1-7-dək davam edəcək bu tədbirbirdə İranın ənənəvi texnologiyası, çağdaş əl işlərinə dair eksponatlar (sərgilənən əşya) nümayiş oluncaq.

Çağdaş İran rəssamı, Tehran İncisənət Akademiyasının məzunu (fariğ-ul təhsil) , çoxsaylı müsabiqələr laureatı (bərəndə) Əli Məhəmməd Şeyxinin çəkdiyi rəsm əsərinin sərginin bəzəyi olacağı deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar