SON XƏBƏRLƏR

Səfir İranın hazırladığı terrordan danışıb

2021.10.20, 07:36
Səfir İranın hazırladığı terrordan danışıb

Gunaz.tv

GünAz TV: İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem bildirib ki, Azərbaycanda özümü çox rahat hiss edirəm.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə,  bu sözləri İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Lotem Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin bir sıra xarici ölkə vətəndaşlarına, o cümlədən İsrailin ictimai xadimlərinə qarşı hazırlanan terror aktlarının (əməl) qarşısını alması ilə bağlı suala cavabında deyib. O, səfirliyin terror təhlükəsi ilə əlaqədar gördüyü təhlükəsizlik tədbirləri haqda danışmayıb.

 

İkitərəfli münasibətlərdən danışan diplomat əlaqələrin bütün sahələrdə əla səviyyədə olduğunu və inkişafın davam etdiyini söyləyib. Səfir iqtisadi və biznes sahəsində inkişaf gözlədiyini vurğulayıb: “Yaxın gələcəkdə Azərbaycanda İsrail və Azərbaycan şirkətlərinin iştirakı ilə yüngül sənaye müəssisələrinin açılacağı gözlənilir. Bu proses (sürəc)  yarım ilə qədər reallaşacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar