SON XƏBƏRLƏR

İrandan Ermənistana çəkiləcək boru xəttinin rahat çalışması sual altındadır

2021.10.20, 07:36
İrandan Ermənistana çəkiləcək boru xəttinin rahat çalışması sual altındadır

Gunaz.tv

GünAz TV: İrandakı rejimlə Ermənistan hakimiyyətinin Azərbaycan dövlətinə və Güney Azərbaycan məsələlərinə baxışları eynidir.

 Bu sözləri Gün.Az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq (siyasi şərhçi) Elxan Şahinoğlu İran Ermənistana Təbriz ərazisindən neft kəməri çəkməsi ilə bağlı xəbəri şərh edərkən bildirib.

 “Həm Tehran, həm də İrəvan güclü Azərbaycan dövlətinin varlığından, o cümlədən Güney azərbaycanlıların oyanışından qorxurlar. Ona görə də Güney amilini zəiflətmək üçün Tehranla İrəvan faktiki (əməli) əl-ələ veriblər.

 Azərbaycan torpaqlarını işğal edən Ermənistanın Təbrizdə konsulluq açmaq istəyinə Tehranın yaşıl işıq yandırması siyasəti bundan xəbər verir. İndi də Güney Azərbaycan üzərindən Ermənistana neft boru xətti çəkmək istəyirlər.

 Ancaq Tehran və İrəvanda anlamalıdırlar ki, nə adı çəkilən konsulluq, nə də haqqında danışılan boru xəttinin gələcəkdə rahat çalışması problematikdir”, - deyə E.Şahinoğlu qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar