SON XƏBƏRLƏR

Vaşinqton: “Bəşər Əsəd rejiminin çöküşü qaçılmazdır”

2021.10.20, 07:36
Vaşinqton: “Bəşər Əsəd rejiminin çöküşü qaçılmazdır”

Gunaz.tv

GünAz TV: Suriya prezidenti Bəşər Əsəd ölkəsinə nəzarəti itirib və bu rejimin çöküşü qaçılmazdır.

 

Milli.Az-ın "RBK"ya istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibi Cey Karni bəyan edib.

 

Rusiyanın Suriya hakimiyyəti və müxalifətinə ilkin şərt irəli sürmədən Moskvada danışıqlara başlamaq haqda təklifinə münasibət bildirən Karni bu haqda geniş məlumata malik olmadığını, amma Vaşinqtonun problemin siyasi yolla həllini dəstəklədiyini söyləyib.

 

Karni BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətə müdaxiləsinin vacib olduğunu da söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar